İsrail son sutkada Livan səmasını azı 4 dəfə pozub

İsrail son sutkada Livan səmasını azı 4 dəfə pozub

İsrailin təyyarə və PUA-ları son sutkada Livan səmasını azı 4 dəfə pozublar.

Bu barədə Livan Ordusu bəyanat verib.

Livan Ordusunun mətbuat xidməti bildirib ki, bu gün ölkənin cənub sularında, paytaxt Beyrutda və onun cənubunda, Kəfər-Kəlla və ən-Naqura qəsəbələri üzərində İsrailin təyyarə və PUA-ları müşahidə edilib.

PUA-ların hər biri azı 2-3 saat Livan üzərində uçuşlar həyata keçirərərk geri dönüblər.

Qeyd edək ki, Livan hökuməti İsrailin təcavüzləri barədə bir neçə dəfə BMT-ə şikayət edib. İsrail hökuməti son zamanlarda iki ölkə sərhədində yerləşdirilən beynəlxalq sülhməramlıların sayının azaldılmasını tələb edib. Hazırda Livanın Məzare-Şəba bölgəsi İsrailin işğalındadır.

Facebook