İsrail öz vətəndaşlarına Türkiyə ilə bağlı çağırış edib

İsrail öz vətəndaşlarına Türkiyə ilə bağlı çağırış edib

İsrailin xarici işlər naziri Yair Lapid İstanbula tətilə gedən israillilərə "ardıcıl hücum cəhdlərindən" sonra vətəndaşlarını Türkiyəyə getməməyə və tez bir zamanda ölkəyə qayıtmağa çağırıb.

İsrailin xarici işlər naziri Yair Lapid bu barədə tvitter səhifəsində yazıb.

“İsrailliləri İstanbula getməməyə çağırırıq, zəruri ehtiyacınız yoxdursa, Türkiyəyə getməyin. Əgər siz artıq İstanbuldasınızsa, Türkiyədə son həftələr baş verən hadisələrdən və İranın İstanbula tətilə gedən "israillilərə qarşı silsilə terror hücumlarından sonra" mümkün qədər tez İsrailə qayıdın", deyə Lapid əlavə edib.

Bu xəbərdarlıq cari ayda İsrailin Türkiyəyə səfərə gedənlərə üçüncü xəbərdarlığıdır. İsrail bundan öncə İranla qonşu ölkələrə səfər etməməyə çağırmışdı.

Facebook