İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma- ölənlər var

İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.
 
TASS agentliyinin verdiyi xəbərə görə, hərbçilər ötən həftə Cənin şəhərində öldürülən ravvin Raziel Şevaxın qətlində şübhəli bilinən fələstinlini güllələyiblər.
 
Qarşıdurma nəticəsində həmçinin 2 İsrail hərbçisi və 1 fələstinli yaralanıb.
 
"The Times of Israel” qəzetinin məlumatına əsasən, ölən fələstinli 2002-ci ildə İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS qruplaşmasının liderlərindən biri Nəsir Cərarın oğlu Əhməd Cərardır. Məlumata görə, bölgədə İsrail ordusunun əməliyyatı davam edir.