İsrail hökuməti Ərdoğanı hədələdi - "Osmanlı geridə qaldı"

 İsrail Xarici İşlər Nazirliyi rəsmi "Twitter" hesabı vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana cavab verib. 

"Türkiyə Prezidenti Ərdoğanın partiya üzvlərinin görüşündəki ifadələri absurd, xəyali və təhrif edilmişdir. Öz ölkəsinin problemləri ilə maraqlanması çox daha ağıllı hərəkət olardı" - paylaşımda qeyd olunub.

Həmçinin rəsmi hesabda bildirilib ki, Osmanlı İmperiyası günləri geridə qalıb: "Qüds keçmişdə də Yəhudi xalqının paytaxtı olub, hazırda da paytaxtıdır və gələcəkdə də belə olacaq".

"Bizim hökumət keçmişə nisbətən təhlükəsizliyə, azadlığa, inanc sərbəstliyinə və bütün azlıqların hüquqlarına hörmət edir.
Şüşədən sarayda yaşayanların başqalarına daş atmamalıdır" - deyə nazirlik sonda əlavə edib.