İsrail həbsxanalarında təxminən 7 min fələstinli saxlanılır

İsrail hüquq-mühafizə qüvvələri tərəfindən noyabr ayı ərzində Fələstinin işğal olunmuş ərazilərində 450 nəfər saxlanılıb.

"Anadolu" agenytliyinə istinadən verilən xəbərə görə, bu barədə Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatında deyilib.

Hesabatda bildirilib ki, saxlanılan fələstinlilərdən 62-si inzibati qaydada həbs olunub.

Son məlumata görə, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.