İsrail "Al Jazeera"nı bağladı

Türkiyə mediasına istinadən xəbər verilir ki, Qətər ilə Körfəz ölkələri arasındakı böhranın pərdə arxasında yer alan Sionist İsrail "Al Jazeera"nı bağlayıb.

Sionist rejim Qətər mərkəzli "Al Jazeera" televiziyasının fəaliyyətini dayandırma qərarı qəbul edib.

Məsələ ilə bağlı açıqlama verən İsrail rabitə naziri Əyyub Kara "Al Jazeera"nın İsraildəki fəaliyyətlərini dayandırmaq üçün hərəkətə keçdiklərini deyib.

Kara "Al Jazeera"də çalışan müxbirlərin akkreditasiyalarının ləğv ediləcəyini, Qüds bürosunun qapadılacağını və yerli kabel yayımları ilə peyk yayımlarına son veriləcəyini deyib.

İsrail rabitə naziri İsraildəki "Al Jazeera"nin ofisinin qapadılması üçün hüquqi tənzimləmənin lazım gəldiyini də bildirib.

İsrail "Al Jazeera"nin terroru dəstəkləməsindən dolayı bu qərarı aldığını bildirib.