İspaniya mətbuatı “Qarabağ”ı erməni klubu kimi təqdim etdi, üzr istədi

İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19.10.2017-ci il tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunub.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilib, sözügedən məlumat dəyişdirilərək “Qarabağ”Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapıb.