İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək

İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək

Futbol üzrə İspaniya çempionatında 28 və 29-cu turun oyunları, həmçinin ölkənin ikinci divizionunun qarşıdakı görüşləri boş tribunalarda keçiriləcək. Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" və "Napoli" arasındakı qarşılaşması da tamaşaçısız baş tutacaq.

 

"AS" nəşri xəbər verir ki, İspaniyada koronavirusla əlaqədar yaranmış vəziyyətə görə bu cür tədbirlər görüb. Hələlik ölkə çempionatının baş tutub tutmayacağı bilinmir.

 

Xatırladaq ki, bundan əvvəl İtaliya futbol çempionatı da dayandırılmışdı.

Facebook