İsmayıllı və Qəbələdə yanğın olub

İsmayıllı rayonunda güclü yanğın baş verib. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Buynuz kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. 

Qəbələdə isə ümumi sahəsi 121 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının çardağının yanar konstruksiyaları 20 m2 sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.