İsmayıl İslamoğlu:Siyasi məhbuslarla bağlı mitinq keçirtsəm inzibati yox, cinayət məsuliyyətinə cəlb olunacağam

Demokratik Gənclər Hərəkatının sədri İsmayıl İslamoğlu Bakı şəhər Baş Polis Idarəsinə çağrılıb. Bu barədə məlumatı İsmayıl İslamoğlu Presss -az.com-a özü açıqlama verib.O, bildirilib ki, gecə saat 19:00 -da Baş Polis İdarəsinə çağrılıb.Ora getdikdə bildiriblər ki,sabah saat 10-da gələrsiz.

Bu gün İsmayıl İslamoğlu Baş Polis İdarəsinə getdikdə isə Dəyanət Babayev, Murad Bayramoğlu ilə  birgə gediblər.  Dəyanət Babayev , Murad Bayramoğlu çöldə gözləyərkən onları da Baş Polis İdarəsinə dəvət ediblər. Azərbaycan Naminə hərakatının sədri Ağaşirin Tanrıverdioğlu da Baş Polis İdarəsinə çağrılıb.İsmayıl İslamoğluna Baş Polis İdarəsindən bildiriblər ki,əgər 19 avqustda Fəvvarələr Meydanında Siyasi Məhbuslarla bağlı mitinq keçirtsəniz onda inzibati yox, cinayət məsuliyyətinə cəlb olunacaqsınız. 

İsmayıl İslamoğlu bildirib ki, bir ay ərzində 6-cı dəfədi ki, Polisə çağrılıb.Onun ikisi Baş Polis İdarəsidi, qalan dordü isə ayrı-ayrı Polis bölmələri olub. Avqustun 11-də isə onun atası Şirvan Rayon Polis İdarəsində saxlanılmışdı. Səbəb isə İsmayıl İslamoğlunun Siyasi Məhbuslarla bağlı keçirtdiyi tədbir və yazdığı statuslar olmuşdu. Sonda İsmayıl İslamoğlu  bildirib ki,avqustun 19-da Siyasi Məhbuslarla bağlı keçirdəcəyimiz mitinq təziqlərə və təhdidlərə baxmayaraq keçiriləcək.