EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
İslam əleyhinə kitab yazan siyasətçi müsəlman oldu

İslam əleyhinə kitab yazan siyasətçi müsəlman oldu

Hollandiyada ifrat sağçı, vaxtilə “Müstəqillik Partiyası”nın deputatı Joram Van Klaveren İslam dini əleyhinə kitab yazdığı müddətdə müsəlmanlığı qəbul edib.

39 yaşlı keçmiş siyasətçi ötən ilin oktyabrında “Kəlmeyi-şəhadət” söyləyərək müsəlman olduğunu bildirib. Van Klaveren kitabı yazmaq üçün apardığı araşdırmalar əsnasında İslamla bağlı dünyagörüşü dəyişib.

Eks-deputat müsəlman olduqdan sonra bu dinə sitayiş etməyənlərin İslam əleyhinə olan düşüncələrini dəyişən kitab çap edib.

Qafqazinfo.az

Facebook