"İslam həmrəyliyi ilində islam məhbusları" adlı elmi praktik konfrans keçirildi - Video

Yanvarın 8-də Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşkilatçılığı ilə həbsdə olan islam məhbuslarına həsr olunmuş “İslam həmrəyliyi ili və islam məhbusları” mövzusunda elmi-praktik konfrans keçirilib. İlk olaraq Qurani-Kərimdən ayələr tilavət olunub.

Həmçinin həbsdə şəhid olmuş AİP funksyaneri Hacı Vaqif Abdullayevin və islam şəhidlərinin ruhu yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, həbsdə olan ruhanilər və dindarlar heç bir təxribat törətməyiblər. Onlar yalnız haqqı deyiblər və cəmiyyətin bəlalarına münasibət bildirdiklərinə görə həbs ediliblər. Sonda konfrans müxtəlif müzakirələrlə davam edib.