EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
İŞİD Tacikistan-Özbəkistan sərhədində zastavaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Tacikistan-Özbəkistan sərhədində zastavaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror təşkilatı Tacikistan-Özbəkistan sərhədindəki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Rakurs.tv-nin RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Amerikanın SİTE Kəşfiyyat Qrupu məlumat verib.

 

Qeyd edək ki, noyabrın 6-da 20 silahlı şəxs Tacikistan – Özbəkistan sərhədində yerləşən Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib. 

 

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb. Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

 

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sərhəd zastavasına hücum edən şəxslərin Əfqanıstandan gələn İŞİD döyüşçüləri olduğunu bildirib.

Facebook