İŞİD-in Suriyadakı son dayaq nöqtəsini azad edildi

Suriya hökumət qüvvələri  İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb.

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Suriya ordusunun komandiri bildirib.

Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən  Əl-Bukemal şəhərini tam azad ediblər.

Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır.