İŞİD şiə məscidi yaxınlığında daha bir partlayış törətdi

Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD terrorçuları Əfqanıstanın paytaxtı Kabil şəhərindəki şiə məscidində baş verən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Reuters" xəbər verib. Son məlumata görə, Əfqanıstan paytaxtındakı Əz-Zəhra məscidində törədilmiş partlayış zamanı 6 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

"TOLO News" telekanalının xəbərində qeyd edilir ki, həyatını itirənlər arasında tanınmış iş adamı və məscidin tikintisində böyük əməyi olan, Ramazan Hüseynzadə də var.

Əfqanıstanın Daxili İşlər Nazirliyi  hadisənin terror hücumu olduğunu bildirib. DİN rəsmisi Nəcib Daneş bildirib ki, hücum nəticəsində ölənlər var. Hadisə yerinə çox sayda polis göndərilib.