İŞİD pullarını Avropaya köçürür

İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmisi Dmitri Feoktistov bildirib. 

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki qeydə alınır.

O, əlavə edib ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək.