İŞİD-in ölümə məhkum etdiyi qocalar evi - Video

Eastnews.org-un verdiyi xəbərə görə, İraq ordu qüvvələri Mosul şəhərini İŞİD terrorçularından azad etmə əməliyyatları zamanı Qədim Mosul rayonunda onlarla ahıl insanın ölümlə üz-üzə qaldığını aşkar edib. İraq ordusu İŞİD-in həbsxanaya çevirdiyi qocalar evini tapıb.

Qocalar evinin aşkar edilməsi zamanı bəzi insanların həyatını itirdiyi məlum olub. Sağ qalan insanların vəziyyətinin isə ağır olduğu bildirilir. Qeyd edək ki, bir neçə gün öncə İraq Baş naziri və ordu komandanlığı Mosul şəhərini İŞİD terrorçularından azad etdiyini bəyan edib.