İŞİD ən böyük müsəlman ölkəsinə müharibə elan etdi

Rus mediasına istinadən verilən  xəbərə əsasən, İŞİD terror təşkilatı öz informasiya resurslarında yeni video yerləşdirib. Həmin videoda terror təşkilatı İndoneziya və Malayziyaya müharibə elan edir.

Kadrlarda görünür ki, əllərində avtomatlar olan terrorçular bir dəstə uşağın yanında durublar və indoneziya və ərəb dillərinin qarışığında nitq söyləyirlər.

“Bilin ki, biz daha İndoneziya və Malayziya vətəndaşları deyilik. Biz özümüzü sizi hakimiyyətinizin asılılığından azad etdik. Biz sizə elə bir böyük hərbi güclə gələcəyik (hücum edəcəyik) ki, siz heç bizim öhdəmizdən də gələ bilməyəcəksiniz.”, - deyə terrorçulardan biri bildirib.

Daha sonra isə video naməlum bir meşədə davam edir. Həmin kadrlarda uşaqlar tapancalardan atəş açmağı təlim edirlər.

Xatırladaq ki, İndoneziya ən çox müsəlmanın yaşadığı ölkədir: bu ölkədə 220 milyondan çox müsəlman yaşayır.