İŞİD istifadə etdiyi terrorçu-kamikadzelərin sayını açıqladı

İŞİD terror qruplaşması 2017-ci ildə Suriya və İraqda terrorçu-kamikadzelərdən istifadə etməklə 770 hücum həyata keçirib.
 
Bu barədə terrorçuların informasiya agentliyinə istinadən “Directorate 4” Telegram kanalı yazır.
 
Ən çox kamikadze İraq ordusu və onların müttəfiqlərinə qarşı istifadə olunub - 493. Kürdlərin mövqelərində 135 yaraqlı özünü partladıb. 120 hücum isə Suriya hökumət ordusuna qarşı həyata keçirilib. Daha 22 partlayışın hədəfi  “mülayim müxalifətin” nümayəndələri olub.
 
Dəqiqləşdirilir ki, 561 hücum zamanı partlayıcı ilə yüklənmiş texnika, 175 hücumda partlayıcı ilə doldurulmuş jilet, 28 hücum zamanı isə şəhid kəmərindən istifadə edilib.