İŞİD-in düşərgələrdə qəddarlaşdırdığı uşaqlar - Araşdırma

Eastnews.org-un verdiyi xəbərə görə, qızmar istinin altında olan "Roj" düşərgəsində hər millətdən İŞİD terrorçularının qadın və uşaqları saxlanılır. Bura köhnə, deşik-deşik olan çadırlardan ibarət bir şəhərcikdir.

Düşərgədə olan İŞİD qadın və uşaqları Suriyaya gəldiklərinə görə çox peşmandırlar və öz ölkələrinə qayıtmaq istəyirlər. Kişilərin vəziyyəti müəyyən qədər bəllidir. Onlar "islam" hakimiyyəti qurmaq, bitməyən cinsi iştahalarını məsum insanların həyat yoldaşları və qızları üzərində təmin etmək, insan öldürmə və ya işgəncə etmə arzularına çatmaq və sözdə Suriya xalqına yardım etmək kimi arzuları olub.

 

Çadırların bir hissəsində Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Təşkilatının işarələri var, amma düşərgələrin təminatı məsələsində beynəlxalq birliyin rolu yoxdur. Bu bölgədə on minlərlə qadın və uşağa Suriya kürdləri nəzarət edir. Sayı 12min 500 nəfər olan İŞİD üzvü olan kişi məhbuslarla birlikdə düşərgədə cəmi 529 ailə var, əksəriyyətinin ən azı üç uşağı var. Onlar Suriyaya həqiqi İslamı yaşamaq ümidi ilə gəliblər. Suriyaya gəldikdən sonra xarici pasportları İŞİD tərəfindən alınıb və məhv edilib. İlk öncə Suriyanın Rəqqa şəhərində məskunlaşıblar. Bəzi ölkələr bu düşərgələrdə olan vətəndaşlarını geri qaytarmaq istəmir. Səbəb olaraq prosesin çətinliyi və ictimaiyyətin İŞİD-çilərin geri qayıtmasına etirazı göstərilir. Hətta bəzi ölkələr Suriya və İraqda doğulan uşaqları vətəndaş olaraq qəbul etmirlər. 

 

Bu düşərgələrdə olan uşaqlar analarının əlində zəhərli ideologiya və nifrət duyğularıyla yetişir. Şəhərcikdə qaldıqları hər gün daha da qəddarlaşırlar. Düşərgələr yeni İŞİD döyüşçülərinin təhsil mərkəzi funksiyası daşıyır. Bu uşaqlar bir gün ölkələrinə qayıdarlarsa, cəmiyyət üçün nə kimi təhlükə yaradacaqları heç kimə məlum deyil. Ölkələri burda olan ailələri öz ölkələrində qəbul etməkdən çəkinir. Çünki bu düşərgədə olanların beyni yuyulub və partlamağa hazır bomba kimidir. 

 

İŞİD terror qruplaşması ilə silahlı mübarizə qurtarmış ola bilər, amma İŞİD-in yenidən nə zamansa təşkilatlanmayacağını demək mümkün deyil. Başda Avropa, bütün dünya bu həqiqəti görür və lazımi addımları atacağı gözlənilir. Əgər bu və bu kimi düşərgələrdə olan İŞİD ailə üzvləri ilə bağlı hər hansı proqram hazırlanmasa, təhlükənin bütün ölkələri nə zamansa əhatə edəcəyini gözləmək lazımdır.