İŞİD-çi “əmir” Əbu Səyyad məhv edildi

 RİA-ya istinadən verilən xəbərə əsasən, İŞİD terror təşkilatının Əfqanıstandakı lideri məhv edilib.

ABŞ Müdafiə Nazirliyi məlumat verib ki, “İŞİD Xorasan əyalətində” təşkilatının “əmiri” Əbu Səyyad Əfqanıstanın Kunar əyalətində öldürülüb.

Əməliyyat iyul ayının 11-i keçirilib.

Qeyd edilir ki, reyd nəticəsində digər İŞİD komandirləri də məhv edilib. Terror təşkilatının Əfqanıstana dair planlarına ciddi zərbə endirilib.

Pentaqon qeyd edir ki, Əbu Səyyad İŞİD-in bu ölkədə ABŞ tərəfindən məhv edilmiş 3-cü lideri idi.