İŞİD Ben Ladenin “evini” işğal etdi

“Reuters”-ə istinadən verilən  xəbərə əsasən, İŞİD terrorçuları Əfqanıstanda yerləşən Tora-Bora mağara kompleksini işğal edib. Əvvəllər həmin mağara “Əl-Qaidə” terror təşkilatının məhv edilmiş başçısı Usamə ben Ladenin sığınacağı olub.

Məlumata əsasən, İŞİD məlum ərazini “Taliban” terrorçularına qarşı apardığı döyüş nəticəsində ələ keçirib.

“Tora-Bora ətrafındakı ərazi “Taliban” terror təşkilatının dayaq məntəqəsi olub. Lakin artıq İŞİD terrorçuları döyüş zamanı oranı işğal ediblər.”,  - deyə region polisinin başçısı Şaha Vəli bildirib.

Qeyd edək ki, Tora-Bora mağara kompleksi Əfqanıstanın Nanqərhar əyalətində, Pakistanla sərhədin yaxınlığında yerləşir. 2001-ci ilin sonunda ben Laden ABŞ qoşunlarından bu mağarada gizlənirdi.