İŞİD-ə aparılan 48 uşaq ölkəyə qaytarılır

Valideynləri tərəfindən terror təşkilatı İŞİD-in nəzarətində olan bölgələrə aparılan uşaqların geri qaytarılması istiqamətində işlər görülür.

Rusiyadan həmin bölgələrdə 48 belə uşağın olduğu açıqlanıb. Həmin uşaqların bəzilərinin hazırda Mosuldaki sığınacaqlarda olduğu deyilir. Onlar barədə məlumatlar şəhər İŞİD-dən azad edildikdən sonra ərəb mətbuatında yayılıb.

Uşaqların əksəriyyəti Çeçenistandan olduğundan onların taleyi ilə XİN-lə yanaşı bu regionun rəhbərliyi də məşğul olur.

Uşaqların böyük əksəriyyəti döyüşlər nəticəsində yetim qalıb. İordaniyada fəaliyyət göstərən, çeçen əsilli siyasətçi Samih Beno bildirib ki, onların vətənə qaytarılması üçün bütün tədbirlər görüləcək. Uşaqların qaytarılmasında əsas çətinlik sənədlərin olmaması ilə bağlıdır. Onlar əvvəlcə İraqdan İordaniyaya, ordan isə Rusiyaya gətirəcəklər.