İŞİD 7 üzvünü öldürdü

Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD terror təşkilatı Suriyanın Deyr əz-Zor bölgəsində daha 7 üzvünü öldürüb.

Təşkilatın üzvlərini öldcürməsinə səbəb onların Fəratın şərqində gedən döyüşdən qaçması olub. Öldürülən İŞİD üzvlərinin əş-Şəfa qəsəbəsi yaxınlığında qaçmağa çalışdıqları bildirilib. ABŞ dəstəkli qüvvələrin bölgədə İŞİD-lə qarşıdurmada olduğu və əş-Şəfanın şimalında və cənubunda irəlilədiyi qeyd edilir.