İşçi Qrup siyasi məhbus siyahısını yenilədi

Vahid siyasi məhbus siyahısı üzrə İşçi Qrupu yenilənmiş siyahını açıqlayıb.
 
Siyahı 3 sentyabr 2019-cu ilədək olan dövrü əhatə edir.
 
Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 119 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısındadır.
 
Siyasi məhbus kimi tanınmış 119 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:
 
– 5-i jurnalistlər və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),
 
– 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
 
– 7-si siyasi və ictimai fəallar (Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov),
 
– 48-i inanclı fəallar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Rza Ağali, Ziya Tahirov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Sərdar Babayev),
 
– 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
 
 – 1-i siyasi girov (Emin Saqiyev),
 
 – 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).
 
– 52-si Gəncə işi ilə bağlı tutulanlar.
 
Qrup monitorinq altında saxladığı 11 nəfəri aşağıdakı kimi təsnifləşdirib:
 
– 1-i jurnalist (Şəfəq Ağabalayeva),
 
– 9-u Gəncə işi ilə bağlı tutulanlar (Firudin Zeynalov, Orxan Hüseynov, Səxavət Əhmədov, Rasim Heydərov, Mirməcid Abbasov, Ariz Feyzi-Zadə, Elmir Məmmədov, Nofəl Məmmədov, Eltun Əliyev),
 
– 1-i "digərləri” (Renad Əliyev).
 
İşçi Qrupun 20 fevral 2019-cu ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 61 nəfər azadlığa buraxılıb. Onlardan 52-si əfv sərəncamı ilə (Nicat Əliyev, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu, Tofiq Həsənli, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Gözəl Bayramlı, Əlikram Xurşidov, Elvin Bünyadov, Lətif Əhmədov, Rasim Cəbrayılov, Elçin Qasımov, Ramil Əliyev, Seymur Aslanov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Elman Ağayev, Əli Hüseynov, Elxan Həsənov, Sahib Həbibov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Vasif İbrahimov, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, İlkin Abdullayev, Talıb Ağamalıyev, Kamran Abdullayev, Nizami Qəniyev, Zaur Şəkərov, Abasət Süleymanov, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Namiq Məstanov, Elçin Əliyev, Əli İnsanov, Rüfət Səfərov, Elnur Seyidov, Murad Ədilov, Mübariz Abdullayev, Rəşad Əliyev, Fərid Ağayev, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev), 5-i (Ruslan Nəsirli, Vidadi Rüstəmli, Əbülfəz Sadıqov, Azad Həsənov, Əbülfəz Bünyadov) məhkəmə qərarı ilə, 4-ü (Elnur Cavadov, Mehman Hüseynov, Əliəsgər Cabbarov, Seymur Həzi) cəza müddəti bitdiyi üçün azad edilib.
 
Azərbaycan tərəfi ölkədə siyasi motivdə həbslərin olmadığını deyir.