İrəvan Bakıdan erməni kəşfiyyatçını istəyir – XİN-dən açıqlama

Ermənistan tərəfi Bakıda saxlanılan Karen Qazaryanın qaytarılması üçün işləri davam etdirir.

Bizimyol xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan mətbuat konfransında bildirib.

XİN nümayəndəsi qeyd edib ki, mümkün olan ən qısa müddətdə Karen Qazaryanı qaytarmaq üçün bütün mümkün tədbirlər görülür.

Xatırladaq ki, iyul ayında Ermənistanın Tavuş rayon sakini Berdavan kənd sakini, 1984-cü il təvəllüdlü Karen Qazaryan Azərbaycan sərhədlərini keçərkən saxlanılıb.

O, Ermənistan Silahlı Qüvvələrinin sabotaj və kəşfiyyat qrupunun qulluqçucudur.