İraqdan Suriyaya qaçmaq istəyən 130 İŞİD üzvü zərərsizləşdirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Peşmərgə Qüvvələri Baş Komandanlığı Təlafər əməliyyatından sonra Suriyaya qaçmaq istəyən 130 İŞİD üzvünün öldürüldüyünü açıqlayıb. Baş Komandanlığından verilən yazılı açıqlamada Təlafər və İyaziyə müharibəsində məğlubiyyətə uğrayan İŞİD üzvlərinin Suriyaya qaçmaq istədiyi bildirilib.

Həmin bölgələrdən Suriyaya qaçmağa çalışan İŞİD üzvlərinin Peşmərgə Qüvvələri tərəfindən Təlafərin şimalı və İyaziyə bölgələrində pusquya salındığı qeyd edilib. Açıqlamada "Sıx münaqişələrdən sonra son 72 saatda terrorçular böyük məğlubiyyət yaşadı və ağır itkilər verdi. 130 terrorçunun cəsədi peşmərgənin əlindədir. Terrorçuların qalıqlarını axtarış işləri davam edir", - deyə vurğulanıb. Xatırladaq ki, Təlafərə bağlı İyaziyə bölgəsi 27 avqustda İraq təhlükəsizlik qüvvələri tərəfindən azad edilmişdi.