İraq Səudiyyə ilə 27 il öncə bağlalanan sərhəd məntəqəsini açır

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı ilə İraq arasında 1990-cı ildə bağlanan Ərar sərhəd keçid məntəqəsi yenidən açılacaq.

Bu barədə “Makkah” qəzeti məlumat yayıb. Sərhədlər keçmiş prezident Səddam Hüseynin Küveytə hücum etməsindən sonra bağlanıb. Qeyd edilir ki, adı çəkilən Nəzarət Buraxılış Məntəqəsi 27 il ərazində, ildə bir dəfə Həcc mərasimi zamanı fəaliyyət göstərib. Sərhəd ərazisini İraq və Səudiyyə rəsmiləri ziyarət edərək İraqdan olan zəvvarlarla söhbət edib. Ənbar vilayətinin rəhbəri Sahib əl-Ravi bildirib ki, Ərar keçid məntəqəsinin mühafizəsi üçün əlavə hərbçi göndərilib.