"İraq ərazisində İŞİD artıq mövcud deyil"

"İraq ərazisində İŞİD artıq mövcud deyil. Yalnız kiçik qruplar qalıb ki, yaxın zamanlarda onların da sonu çatacaq".
 
Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli mətbuat konfransında deyib.
 
O qeyd edib ki, İraqda “qara terror”a son qoyulub: “Mosulda İŞİD istibdadına bütün İraq xalqının birləşməsi sayəsində son qoyuldu”.
 
Diplomat bildirib ki, bu mübarizədə iraqlılara bəzi ölkələr yardım edib, ona görə də bu, həm də onların qələbəsidir.