İraq İŞİD-dən təmizləndi

İraq ordusu və "Həşd Əş-Şaabi" qruplaşması İŞİD-in ölkədə son dayaq nöqtəsi olan Rava şəhərini tamamilə azad ediblər.
 
"RİA Novosti"yə istinadən verilən xəbərə görə, bunu əməliyyatın komandanı Abdel Amir Yaralla açıqlayıb. O bildirib ki, əməliyyat bir neçə saat əvvəl başlayıb, lakin artıq şəhərdə İraq bayrağı ucaldılıb.