EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
İranla sərhədin bağlanması barədə qərarın müddəti uzadıldı

İranla sərhədin bağlanması barədə qərarın müddəti uzadıldı

Azərbaycan ilə İran İslam Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması göstərilir.

Azərbaycan İran İslam Respublikası ilə sərhədini fevralın 29-da qapayıb. Azərbaycanın Gürcüstan, Rusiya və Türkiyə ilə də sərhədləri müvəqqəti bağlanıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır. Onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Facebook