İrandakı aksiyalarda 400 nəfərə yaxın adam saxlanılıb

2017-ci ilin sonlarında İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalar zamanı təxminən 3700 nəfər saxlanılıb.
 
"RİA Novosti"nin verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Təhsil məsələləri üzrə komitəsinin üzvü Mahmud Sadiqi ICANA agentliyinə açıqlamasında deyib. O bildirib ki, etirazçıların saxlanılması müxtəlif təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfində həyata keçirildiyindən onların dəqiq sayını demək mümkün deyil.
 
2017-ci il dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda da etiraz aksiyası keçirilib. İran hakimiyyəti yanvarın 3-də etirazların başa çatdığını bəyan edib.