İranda prezident administrasiyasına hücum

Tehranda bıçaqla silahlanmış naməlum şəxs prezident administrasiyasının dəftərxanasına daxil olmağa çalışıb.

Modern.az-ın məlumatına görə, təhlükəsizlik qüvvələri həmin şəxsi odlu silahla yaralayaraq qarşısını ala bilib.

Hadisə nəticəsində digər xəsarət alanların olmadığı bildirilir.

Hazırda hücumun təfərrüatları ilə bağlı araşdırma aparılır.