İranda iğtişaşları bu şəxslər hazırlayıb - Foto

İranın təhlükəsizlik qüvvələri ölkədə baş verən kütləvi iğtişaşlara rəhbərlik edən şəxsləri müəyyənləşdirib. "Təsnim" agentliyinə istinadən verilən məlumata görə, axtarışları davam etdirilən şəxslərin fotoları yerli media ilə ictimaiyyətə təqdim olunub. 

Fotoşəkilləri yayılan şəxslər barədə yerli polisə məlumat verilməsi istənilib. 

Qeyd edək ki, İranda ötən həftədən etibarən iqtisadi problemlər ucbatından başlayan nümayişlər sonradan xarici qüvvələr tərəfindən kütləvi iğtişaşlara çevrilib. Rəsmi məlumata görə, kütləvi iğtişaşlarda 13 nəfərin həyatını itirdiyi bildirilir.