İranda daha bir güclü zəlzələ

İranda bu gün yenidən zəlzələ baş verib.

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, zəlzələ 6.1 bal gücündə olub. Amerika Geoloji Araşdırma Mərkəzinin  məlumatına görə, zəlzələ Kirman şəhərinə 56 kilometr məsafədə baş verib. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Xatırladaq ki, Kirman şəhərində 1 dekabrda 6 bal gücündə zəlzələ baş vermişdi.  40-dan artıq insanın yaralandığı zəlzələnin təsiri  Pakistan və Əfqanıstanda da hiss edilmişdi.