İranda 41 İŞİD üzvü həbs olundu

İranda 41 İŞİD üzvü həbs olunub

Bu barədə İranın Təhlükəsizlik Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, aparılan çətin əməliyyatlar nəticəsində Kirmanşah, Kürdüstan,  Qərbi Azərbaycan və Tehran əyalətlərində 41 nəfər yaxalanıb. Terrorçulardan müxtəlif sənədlər, silah və sursat aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı onlara hər hansı əks-hücum imkanı verilməyib.

Təhlükəsizlik Nazirliyi dövlət orqanlarına lazımi məlumatlar çatdıran vətəndaşlara təşəkkür edib.

Xatırladaq ki, iyunun 7-də İran parlamentində və İmam Xomeyni məqbəsərində törədilən terror aktları nəticəsində 12 nəfər həlak olub. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Rakurs TV