EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
İranda 3 min illik gümüş qədəh tapılıb

İranda 3 min illik gümüş qədəh tapılıb

İranın Ərdəbil əyalətinin Xalxal şəhərində aparılan arxeoloji qazıntı zamanı 3 min illik gümüş qədəh tapılıb.

Qədəh e.ə. 850-616-cı illərdə hökm sürən Manna Çarlığı dövrünə aid edilir.

Ərdəbil Mədəni Miras Əl İşləri və Turizim qurumunun rəhbəri Nadir Fəllahi bildirib ki, arxeoloji qazıntılar və mütəxəssislərin araşdırmaları bu bölgədə Əhəmənilərdən 300 il əvvəl də yaşayış olduğunu göstərir. Onun sözlərinə görə, qədəh Həsənli bölgəsində kəşf edilən gümüş qədəhlərlə müqayisə edilə bilər.

Adı çəkilən qədəh Xalxal Arxeologiya Muzeyində sərgilənəcək.

 

/ONA/

Facebook