İran yeni qaz borusu inşa edib

İran ölkənin şimal bölgələrinə qaz tədarükünü artırmaq məqsədilə Damqan-Neka qaz borusu inşa edib.

APA-mın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, rəsmi Tehran hesab edir ki, qeyd olunan layihə İranın Türkmənistan qazıdan asılılığını xeyli azaldacaq.   

Məlumata görə,  Damqan-Neka qaz borusu ilə sutkada 40 mln. kubmetr qaz tədarük etmək mümkündür.