İran xarici kəşfiyyata cəsusluq edən 10 nəfəri ələ keçirdiyini bildirib

İran xarici kəşfiyyata cəsusluq edən 10 nəfəri ələ keçirdiyini bildirib

İranın Buşehr əyalətində xarici kəşfiyyatın lehinə cəsusluq etdiyi deyilən 10 nəfərin ələ keçirildiyi bildirilib.

Bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Buşehrdə xarici kəşfiyyatın lehinə cəsusluq edən 10 nəfər ələ keçirilib.

İran Kəşfiyyatı ələ keçirilənlərin adlarını açıqlayıb və bildirib ki, onlar əyalətdə olan həssas mövqelər və obyektlərlə bağlı məlumatları regionda olan bəzi dövlətlərin kəşfiyyat qurumlarına ötürüblər.

Qeyd edək ki, İranda hazırda enerji istehsalı fəaliyyətilə məşğul olan ən böyük nüvə zavodu Buşehrdə yerləşir.

 

(Salamnews)

Facebook