İran Suriyanı tərk etmək üçün şərtini açıqlayıb

İran Suriya və İraqı yalnız bu ölkə hökumətlərinin xahişindən sonra tərk edəcək.

Trend-in məlumatına görə, bunu İranın ali lideri ayətulla Əli Xamneyi deyib.

O bildirib ki, İran və Rusiyanın Suriyadakı mövcudluğu bu ölkəni terrorçulardan və ABŞ təcavüzündən məqsədi daşıyır:

“Biz ABŞ və İsrailin təzyiqi ilə deyil, yalnız Bağdad və Dəməşqin xahişindən sonra bu ölkələrdən çıxacağıq”.