EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
İran rəsmisi ABŞ-la diplomatik danışıqlar qapısının sonsuza qədər qapandığını vurğuladı

İran rəsmisi ABŞ-la diplomatik danışıqlar qapısının sonsuza qədər qapandığını vurğuladı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi ABŞ-ın İranın Ali lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı sanksiya tətbiq etmək qərarına münasibət bildirib.

 

Operativ.tv "İSNA" agentliyinə istinadən xəbər verir ki, Seyid Abbas Musəvi açıqlamasında vurğulayıb ki, Donald Tramp Administrasiyası dünya sülhünü və təhlükəsizliyini təhdid edir.

 

“İran Rəhbərinə qarşı nəticəsiz sanksiyalar ABŞ hökumətilə diplomatik danışıqlar qapısının sonsuza qədər qapanması deməkdir”, - deyə Seyid Abbas Musəvi diqqətə çatdırıb.

 

O qeyd edib ki, ABŞ hazırda çarəsiz vəziyyətdədir.

Facebook