İran qarışdı: əhali istefa tələbi ilə küçələrə axışdı - Foto

İranda korrupsiya və işsizliyə etiraz olaraq əhali hakimiyyətə qarşı etiraz aksiyalarına başlayıb.

Publika.az xəbər verir ki, İranın Fələstin və Suriya məsələlərinə qarşı xüsusi diqqəti əhalini qəzəbləndirib. Aksiya iştirakçıları, ölkənin ali lideri Əli Xamneyi, prezident Həsən Ruhani və Məhkəmə Sisteminin rəisi Sadiq Amoli Laricaniyə səslənərək "istefa vermələrini" tələb ediblər.

Bir neçə gündür davam edən etiraz aksiyaları genişlənərək ölkənin, Kirmanşah, Quçan, İsfahan, Qum, Bocnurd, Əhvaz, Rəşt, Tehran, Sari, Qəzvin və Həmədan şəhərlərinə qədər yayılıb.

Əhali “Siyasi məhbuslara azadlıq”, “Ruhaniyə ölüm”, “Suriyanı, Fələstini burax, əhaliyə gün ağla", "Həsən Ruhaniyə istefa" və s. şüarları səsləndirərək, ölkənin acınacaqlı iqtisadi durumundan şikayət ediblər.