İran prezidenti Aİ ölkələrinə çağırış edib

İran prezidenti Aİ ölkələrinə çağırış edib

İran prezidenti İbrahim Rəisi Avropa İttifaqı (Aİ) ölkələrini "müstəqil hərəkət etməyə" və "ABŞ-ın təzyiqindən təsirlənməməyə" çağırıb.

İran Rəyasət Heyətindən verilən açıqlamaya görə, ötən gün prezident İbrahim Rəisi Belçika, Finlandiya və İsveçrənin Tehrandakı yeni səfirlərini qəbul edib. İclasda çıxış edən Rəisi İranın üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını, lakin Aİ ölkələrinin nüvə anlaşmasındakı vədlərinə əməl etmədiyini iddia edərək, o, aşağıdakı ifadələrdən istifadə edib: "Aİ ABŞ-ın təzyiqlərindən təsirlənməməlidir. Ümid edirəm ki, Aİ və digər Avropa ölkələri strateji müstəqillik yolunda irəliləyiş əldə edəcək və ABŞ-ın ekspansionist siyasətindən uzaq olacaqlar".

Prezident həmçinin Aİ ölkələrindən “ABŞ-ın Avropanı təsir dairəsi kimi göstərəcək şəkildə hərəkət etməməyini” xahiş edib.

Facebook