İran parlamentinə silahlı şəxslər hücum edib - Video (Yenilənib)

Məlumata görə, İmam Xomeyni məqbərəsinə və parlament binasına hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Hazırda onlarla təhlükəsizlik əməkdaşının parlament binasının ətrafına və İmam Xomeyni məqbərəsinin qarşısına cəlb olunduğu bildirilir.

***

İran parlamentində atışma olub

Bu barədə İranın yarı-rəsmi "Mehr" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, parlamentə daxil olmaq istəyən üç nəfərə təhlükəsizlik xidmətinin əməkdaşları mane olmağa çalışıb. Bu zaman onlar silahdan istifadə edərək, mühafizəçiləri yaralayıb. 

Silahlı şəxsləin bir neçə nəfəri girov götürdüyü bildirilir. Atəş açanların kimliyi barədə hələ ki, məlumat verilmir.

Rakurs.tv