İran öz istehsalı olan ilk reaktiv qırıcını təqdim edib

Avqustun 21-də dövlət televiziyası prezident Hassan Rohaninin Milli Müdafiə Sənayesi sərgisində yeni "Kowsar" təyyarəsinin kabinəsində görüntüsünü yayıb.
 
Tasnim xəbər agentliyi dördüncü nəsil qırıcının "100 faiz yerli istehsal” olduğunu xəbərləyib.
 
Dövlət televiziyası təyyarənin artıq uğurla sınaqdan çıxdığını vurğulayıb.
 
Bu təyyarə barədə ilk açıqlamanı avqustun 18-də müdafiə naziri Amir Hatami verib, ancaq layihənin detallarından danışmayıb.
 
"RİA Novosti" xəbər verir ki, qırıcı Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilən mərasimdə ilk uçuşunu həyata keçirib.
 
Birləşmiş Ştatlar Tehrandan müdafiə proqramlarını məhdudlaşdırmağı tələb edir. Prezident Donald Trump mayda İranla nüvə sazişindən çıxandan bəri ona sanksiyaları da bərpa edir.
 
Trump nüvə sazişini "ən pis sənəd” adlandırıb.