İran məhkəməsi ABŞ vətəndaşını həbs etdi

AFP-yə istinadən verilən xəbərə əsasən, İran məhkəməsi ABŞ vətəndaşını 10 il müddətinə azadlıqdan məhrum etdi. İran məhkəmə sisteminin rəsmisi bildirib ki, amerikalı şəxs “kök salmaq” cəhdinə görə azadlıqdan məhrum edilib.

“Digər bir ölkənin də vətəndaşlığına sahib olan amerikalı tanınaraq, xüsusi xidmət orqanları tərəfindən tutulub. Ona (İran ərazisinə) soxularaq, (orada) “kök salmaq” missiyası tapşırılmışdı. O, 10 il müddətinə həbs edildi.”, - deyə məhkəmə sisteminin nümayəndəsi Qulamhüseyn Mohseni Ecei mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müttəhim məhkəmənin qərarına etiraz olaraq apelyasiya şikayəti verib.

Məhkumun adı və məsələnin digər təfərrüatları barədə məlumat verilməyib.