İran Hörmüz boğazını bağlamağa hazırlaşır

İran xarici neft gəmilərinin Fars körfəzi ilə hərəkətinin qarşısını almaq üçün Hörmüz boğazını bağlamağa hazırlaşır.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun "Saralla" bazasının rəis müavini İsmayıl Kousari deyib. Onun sözlərinə görə, bu addım ABŞ-ın İran neftinin satılmasına qoyduğu qadağa qarşılığında atılacaq:

"Onlar İran neftinin idxalına qadağa qoysalar, biz də digər ölkələrin neftinin Hörmüz boğazı vasitəsilə daşınmasına icazə verməyəcəyik".