İran: "Hicabın təzyiq və zorakılıqla qorunmasının əleyhinəyik"

Eastnews.org-un verdiyi xəbərə görə, İran prezidentinin müavini Məsumə İbtikar ölkədə hicabın təzyiq və zorakılıqla qorunmasına qarşı olduqlarını bildirib.

Prezident Həsən Ruhaninin Qadın və Ailə Məsələləri üzrə müavini Məsumə İbtikar İranda Qadınlar Günü münasibətilə Tehranda keçirdiyi mətbuat konfransında yerli və xarici mətbuat nümayəndələrinə açıqlamalar verib.

Hicabının İranda qanuni bir zərurət olduğunu xatırladan İbtikar bunun sosial istismarların qarşısını almaq üçün inqilabdan sonra xalqın tələbi ilə həyata keçirilməyə başlandığını deyib. İbtikar hicab səbəbiylə baş verən həbs hadisələriylə bağlı olaraq "Yeni nəsil ilə bu məsələlərin daha çox danışılmalı və gənclərin tələblərinin nəzərə alınmalı olduğunu düşünürəm", - sözlərini dilə gətirib.

İranda hicabının təzyiq və zorakılıqla qorunmasına qarşı olduğunu açıqlayan İbtikar qadınların ərlərinin icazəsi olmadan təkbaşına ölkə xaricinə çıxmaları üçün də dini mərcelər və alimlərlə danışıqlarını davam etdirdiklərini qeyd edib. İbtikar bu məsələlərin hökumətin prioritet məsələlər sırasında olduğunu sözlərinə əlavə edib.