İran: "ABŞ-ın hərbi bölgələrimizi yoxlamasına əsla imkan verməyəcəyik"

Eastnews.org-un verdiyi xəbərə görə, İran parlamentinin deputatı, Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Qasim Casimi ABŞ-ın İranın hərbi regionlarını yoxlama tələbinə dair danışıb. Verilən açıqlamada bunun "heç vaxt" baş verməyəcəyi deyilib.

ABŞ yoxlama tələbini 2015-ci ildə həyata bağlanan nüvə sazişinə əsasən edir, ancaq İran bu müqaviləyə əməl olunduğunu bildirərək, ABŞ-ı razılaşmanı sabotaj etməyə çalışmaqda günahlandırır. Casimi tərəfindən verilən açıqlamada hərbi bölgələrin yoxlanmasının "qırmızı xətt" olduğu və "heç bir əsası olmadığı" bildirilir.