İqtisadçı: "Azərbaycan iqtidarının apardığı bu siyasət kökündən yalnışdır"

Rusiyanın təmirə ehtiyacı olan Soçi turizim zonasına Azərbaycan iqtididarı tərəfində pul vəsaiti ayrılacaq. Rusiya mətbuatının verdiyi məlumata görə, turizim məkanının tam olaraq təmir olunması üçün 3 milyard dollardan çox vəsait tələb olunur. Ölkəmizin bu vəsaitin nə qədərini ödəyəcəyi açıqlanmayıb. 

İqtisadçı ekspert Vahid Məhərrəmli məsələ ilə bağlı fikirlərini Rakurs TV- ilə bölüşüb:

“Azərbaycanın təmirə ehtiyacı olan qədər turuzim zonaları var ki, hökumət onlara diqqət ayırmaq əvəzinə gedib başqa ölkələrə belə işlər görür. Mən başa düşmürəm bunların məqsədi nədir? Nəyə görə bunu edirlər. Bunu onların özləri yəqin bilir.” 

Ekspertin sözlərinə sözlərinə görə, hazırda ölkənin bir çox sahələrində geriləmə müşahidə olunur:

“Ölkənin valyutası tarixinin ən çətin dönəmlərindən birini yaşayır, kənd təsərüfatı, səhiyyə, təhsildə geriləmə müşahidə olunmaqdadır. Mən hətta deyərdim ki, qeyd etdiyim sahələr hazırda bərbad haldadır. Bütün bunların fonunda ölkədən valyuta çıxarıb başqa bir ölkənin ərazisində nəsə təmir işləri aparmaq Azərbaycan iqtisadiyyatı üçün xeyirli heç nə vəd etmir. Azərbaycan iqtidarının apardığı bu siyasət kökündən yalnışdır. Onlar bu siyasəti apardıqlarına görə ölkəmizə bu günki problemlər əmələ gəlib. Amma görünən odur ki, bundan nəticə çıxarmaq istəmirlər”.